Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransına hazırlıq çərçivəsində ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir. Bu məqsədlə, YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal 241 ünvanlı (144 saylı tam orta məktəb) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Ərazi ilk partiya təşkilatının sədri Həcər Mahmudova gündəlikdə duran məsələlər barədə məlumat verdikdən sonra, hesabat məruzəsi ilə çıxış edib. Qeyd edib ki, rəhbərlik etdiyi orta məktəbin 86 nəfər işçi heyəti vardır ki, onlardan 41-i YAP-ın üzvüdür: "Bu partiya üzvləri hər zaman Ulu Öndər, Azərbaycan dövlətinin memarı Heydər Əliyevin dövlətçilik ideyalarına inanır və dəstəkləyir.
İclasda çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri Vəfa Səlimova, Şəfəq Balıyeva, Oksana Səfərova hesabat məruzəsinə münasibət bildirərək, qənaətbəxş hesab edib, təkliflərini irəli sürüblər.
Ərazi ilk partiya təşkilatının 7 nəfərdən ibarət idarə heyəti, Həcər Mahmudova sədr, Oksana Səfərova, Kəmalə Mirzəliyeva sədr müavini və YAP Binəqədi rayon təşkilatının IX konfransına 1 nəfər nümayəndə seçilib.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxışında ərazi ilk partiya təşkilatının sədrinin hesabatını qənaətbəxş hesab edərək, məktəbin ötən hesabat dövrü ərzində kifayət qədər uğurlu işlər gördüyünü vurğulayıb.
ZÜMRÜD BAYRAMOVA