PDF Oxu

Sosial

  • 982

Arzu Nağıyev: "Dağlıq Qarabağ məsələsindən siyasi məqsədləri üçün istifadə etmək ən azı yaramazlıqdır"

Arzu Nağıyev: "Dağlıq Qarabağ məsələsindən siyasi məqsədləri üçün istifadə etmək ən azı yaramazlıqdır"

"Erməni tərəfinin cəbhə xəttində baş verənlərlə bağlı yalan məlumatlar yaymasında əsas məqsədi şəhid olan Azərbaycan əsgərinin nəşinin qytarılmaması üçün bir bəhanədir. Yəni əsas məqsəd odur ki, guya iki dövlətin sərhədində olan təxribatın, məhz Azərbaycan tərəfdən edildiyini bəyan etsin və avtomatik olaraq, Ermənistanını KTMT-nin üzvü olduğunu gündəmə gətirsinlər. Təbii ki, bu ad bütün beynəlxalq konvensiyalara zidd bir məsələdir".

Bu fikirləri "SƏS" qəzetinə açıqlamasında politoloq Arzu Nağıyev bildirib.

Son günlər erməni tərəfinin Azərbaycan Ordusu ilə bağlı yaydığı dezinformasiyaların, eyni zamanda, bəzi yerli media qurumlarının ermənipərəst mövqe sərgiləyərək, həmin məlumatları dərc etmələrinin hansı məqsəd daşıdığına aydınlıq gətirən A.Nağıyev onu da qeyd edib ki, bütün bu prosesləri də, həm ermənilərin kütləvi informasiya vasitələri, həm də onların təsir daisrəsində olan digərləri də ermənilərin xeyrinə qabartmağa çalışırlar: "Təəsüsüf ki, bəzi yerli media qurumları da reytinq xatirinə bəzən bilməyərəkdən, bəzən də məqsədli şəkildə ermənilərin təxribatlarını gizlədərək, öz əleyhimizə fikirlərlə bölüşürlər. Təbii ki, bunlar arasında bir sıra anti-Azərbaycan ideyalarını təbliğ edən, Qərbin insan hüququ sahəsində işlər aparan və bundan sui-istifadə edən qurumları tərəfindən maliyyələşən media nümayəndələri də var. Bu ancaq təəssüf doğurur. Çünki Dağlıq Qarabağ münaqişəsində və onun həllində ideyalar, məqsədlər bir olmalıdır, bundan öz siyasi məqsədlərinə çatmaq üçün istifadə etmək ən azından yaramazlıqdır".

Samir

Digər xəbərlər