PDF Oxu

Sosial

  • 1 638

Ölkənin hər bir uğurunda YAP-ın rolu danılmazdır!

Ölkənin hər bir uğurunda YAP-ın rolu danılmazdır!

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının VIII konfransına hazırlıqla bağlı hesabat-seçki yığıncaqları uğurla davam edir

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının VIII konfransına hazırlıqla bağlı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları qrafik üzrə davam etdirilir. Növbəti tədbirlərdən biri də YAP Zərdab rayon təşkilatının Yarməmmədbağı kənd ərazi ilk partiya təşkilatında keçirilib.

Gündəlikdə duran 3 məsələnin müzakirə edildiyi yığıncaqda ərazi ilk partiya təşkilatının sədri hesabat məruzəsi ilə çıxış edib və ərazi ilk partiya təşkilatının gördüyü işlərdən danışıb.

Partiyanın rayon təşkilatının şura üzvü Şahnaz Mustafayeva və partiya fəalları da, öz növbələrində, ərazi ilk partiya təşkilatının ötən müddət ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

YAP Zərdab rayon təşkilatının aparat rəhbəri Səbuhi Kərimov ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan bəhs edib.

Yığıncağın sonunda təşkilati məsələlərə baxılıb. YAP Zərdab rayon təşkilatının Yarməmmədbağı kənd ərazi ilk partiya təşkilatının sədr və müavinləri, həmçinin, YAP Zərdab rayon təşkilatının VIII konfransına nümayəndələr seçilib.

RÖVŞƏN

Digər xəbərlər