Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı, Yevlax rayon mədəniyyət həmkarları təşkilatı və Yevlax rayon gənclər və idman idarəsi birgə bayram süfrəsi ətrafıda tədbir təşkil etdi. Tədbiri giriş sözü ilə Yevlax şəhər icra hakimiyyəti başçısının I müavini Qənimət Qaraşov açaraq, gəncləri təbrik edib. O, Prezident İlham Əliyevin Azərbaycan gənclərinə, xüsusilə, region gənclərinə göstərdiyi diqqətdən söz açaraq, Yevlax şəhərində tikilməkdə olan Olimpiya Kompleksinin Yevlax gəncləri üçün ən böyük hədiyyə olduğunu bildirdi.
YAP Yevlax rayon təşkilatı qadınlar şurasının sədri Əminə Əhmədova, gənclər birliyinin sədri Ariz Mikayılov, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən geniş söz açıblar.
Çıxışçılar - Zöhrə Adıgözəlova və Bünyamin Musayevin dediklərinə görə, heç də təsadüfi deyil ki, Prezident İlham Əliyevin yüksək qayğı və diqqəti sayəsində bu gün ölkəmizin bütün şəhər və rayonlarında gənclər irəli çəkilir.
Sonra YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev şıxış edib təntənəli bayram münasibəti ilə Azərbaycan gəncliyini təbrik edərək, Yeni Azərbaycan Partiyasının gənclərə yanaşma tərzindən danışıb.
Sonda partiyanın ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup gənc YAP Yevlax rayon təşkilatı və Yevlax gənclər idman idarəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Rövşən RƏSULOV