Binəqədi rayon icra hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və rayon gənclər idman idarəsinin təşkilatçılığı ilə 2 Fevral Azərbaycan Gənclər Günü qeyd edilib.
İlk öncə, tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, millət vəkili Azay Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ülvi Mehdiyev, İslam Oyunlarının Təşkilat Komitəsinin katibi, Milli Olimpiya Komitələri ilə Əməliyyatlar üzrə İdarənin rəhbəri Könül Nurullayeva, Azərbaycan Silahlı Qüvvələrinin zabiti, mayor Ramil Səfərov, Azərbaycanda təhsil alan misirli tələbə Lokman Abdin 2 Fevral Azərbaycan Gənclər Gününün əhəmiyyətindən danışaraq, bu günün Ulu Öndərimiz tərəfindən gənclərə hədiyyə edildiyini diqqətə çatdırıblar.
Daha sonra çıxış edən Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Gənclər Günü münasibətilə gəncləri təbrik edərək bildirib ki, gənclik yeni nəsil deməkdir. Natiq çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu günün əhəmiyyətindən danışaraq, dövlət gənclər siyasətinin uğurları haqqında geniş məlumat verib.
Çıxışlardan sonra 2 Fevral Azərbaycan Gənclər Günü ilə bağlı rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup Binəqədi gəncləri mükafatlandırılıb. Tədbirdə, o cümlədən, Binəqədi rayonunda "Master-2" layihəsi çərçivəsində təcrübə müddətini uğurla bitirən ASAN könüllüləri mükafatlandırılıb.
Mükafatlandırma mərasimindən sonra tədbir rayonun istedadlı gəncləri və incəsənət ulduzlarının iştirakı ilə bədii hissə ilə davam edib.
ZÜMRÜD