YAP Quba rayon təşkilatının rayon icra hakimiyyətinin və gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Quba rayon gənclər və idman idarəsinin rəisi Mustafa Nöhbalayev bildirib ki, 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: "1994-cü ildə dövlət-gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu Öndərin Prezidentliyi dövründə ölkə gəncləri Onun diqqət və qayğısını daim öz üzrlərində hiss etmişlər.
Sonra Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov gəncləri təbrik etdi və bildirdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət-gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır.
Tədbirdə YAP Quba rayon təşkilatı idarə heyətinin üzvü Həsən Günəşli gəncləri təbrik etdi və Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsində Quba gənclərinin fəallığından danışdı.
Daha sonra Quba rayon polis şöbəsinin rəisi Süleyman Nemətov, Yurd gənclər təşkilatının üzvü Elvin Seyfəddinov çıxış edərək gəncləri təbrik etdilər.
Sonda 2016-cı ildə fərqlənən bir qrup gəncə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu. Tədbir konsert proqramı ilə davam etdirildi.
NƏZAKƏT