PDF Oxu

Sosial

  • 858

Səbaildən sərt xəbərdarlıq

Səbaildən sərt xəbərdarlıq

Eldar Əzizov: "Təmiz əllərlə işləmək lazımdır"

Bu il yanvar ayının 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda dövlət orqanlarının ünvanına səsləndirdiyi irad və tənqidlər, həmçinin, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin ölkədə korrupsiya hallarınıa qarşının alınması və buna qarşı tədbirlərin gücləndirilməsi ilə bağlı məktubunun icrası və bu istiqaməqdə yol verilmiş neqativ halların aradan qaldırılması məsələləri Səbail rayon icra hakimiyyətində keçirilən geniş tərkibli müşavirədə müzakirə olunmuşdur.

Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov ölkə Prezidentinin konfransdakı geniş məzmunlu çıxışı barədə ətraflı məlumat vermiş, qeyd etmişdir ki, son vaxtlarda rayonda korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq, yenə də bəzi yerlərdə dövlət torpaqlarının qanunsuz olaraq zəbt olunması və saxta sənədlərlə rəsmiləşdirilməsi, qanunsuz tikintilər aparılması halları qalmaqdadır. Müəyyən olunmuş faktlar üzrə sənədlər hüquq-mühafizə orqanlarına verilərək, bir sıra faktlar üzrə cinayət işləri açılmışdır.

E.Əzizov, ilk növbədə, yerli bələdiyyə qurumlarının işini sərt tənqid edərək, onlara ciddi xəbərdarlıq etmişdir. Həmçinin, RİH-də və digər qurumlarda çalışan, qanunsuzluqlara göz yuman bəzi məmurlar və vəzifəli şəxslər də ciddi surətdə xəbərdarlıq olunub, qəti tədbirlər götürülməsi üçün hüquq-mühafizə orqanlarının rəhbərlərinə tapşırıqlar verilib.

Ü.ƏSGƏROV

Digər xəbərlər