PDF Oxu

Sosial

  • 1 108

YAP Biləsuvar rayon təşkilatının IX konfransına hazırlıq işləri davam edir

YAP Biləsuvar rayon təşkilatının IX konfransına hazırlıq işləri davam edir

Dünən YAP Biləsuvar rayon təşkilatının IX konfransına hazırlıq işləri ilə bağlı rayon təşkilatı Qarabağkanal və Suvarma Sistemləri ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqlarda Qarabağkanal ərazi ilk partiya təşkilatının sədri Şakir İmanov, Suvarma Sistemləri ərazi ilk partiya təşkilatının sədri Minnət Mürsəlov hesabat məruzəsi ilə çıxış edərək, ötən müddət ərzində görülən işlər barədə məlumat veriblər.

Həmçinin, "Məişət ASC"-də YAP Biləsuvar rayon təşkilatı 23 saylı şəhər ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. İclasın 23 saylı şəhər ərazi ilk partiya təşkilatının sədri Firəngiz Həbibova hesabat məruzəsi ilə çıxış edərək, keçən konfransdan bəri görülən işlərdən danışaraq, təşkilatın bu günə qədər öz sıralarını daha da möhkəmləndirdiyini, əsasən də, 35 faizini gənclər, 50 faizini qadınlar təşkil etdiyini bildirib.

Hesabat-seçki yığıncağında çıxış edən partiya fəallarından Esmira İsgəndərova, Rəşidə Qardaşova, Kəsirə Cavadova və başqaları çıxış edərək, ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Hesabat-seçki yığıncağında Həbibova Firəngiz Mahmud qızı yenidən ərazi ilk partiya təşkilatına sədr seçilib. Eyni zamanda, təşkilatın sədr, müavin və idarə heyətinin üzvləri, YAP Biləsuvar rayon təşkilatının IX konfransına 2 nəfər nümayəndə seçilib.

A.SƏMƏDOVA

Digər xəbərlər