PDF Oxu

Sosial

  • 1 168

YAP Tərtər rayon təşkilatının IX konfransına hazırlıq davam edir

YAP Tərtər rayon təşkilatının IX konfransına hazırlıq davam edir

Dünən YAP Tərtər rayon təşkilatı Sarov ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Sarov ərazi ilk partiya təşkilatının sədri İnqilab Hətəmov hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, 94 nəfər YAP üzvündən 52 faizi qadınlar, 41 faizini isə gənclər təşkil edir. Ötən dövrdə 16 nəfər YAP üzvlüyünə qəbul olunmuşdur ki, onların da əksəriyyəti gənclər olmuşdur.

İclasda Sarov ərazi ilk partiya təşkilatının fəal üzvlərindən Zərifə Şirinova, Svetlana Hüseynova, Yusif Paşayev və Mənsim Allahverdiyev də çıxış edərək, Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarından olan kənd ərazi ilk partiya təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab ediblər.

Hesabat yığıncağında iştirak edən YAP Tərtər rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov çıxış edərək, Yeni Azərbaycan Partiyasının yarandığı gündən xalqımıza və dövlətimizə sədaqətlə xidmət etməsindən, bu gün Ulu Öndər Heydər Əliyev ideyaları ilə silahlandığını, ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin yeritdiyi daxili və xarici siyasətin dönmədən və ardıcıllıqla həyata keçirilməsinə YAP üzvlərinin səfərbər etdiyini vurğulayıb.

Hesabat-seçki yığıncağında Sarov ərazi ilk partiya təşkilatının 7 nəfərdən ibarət idarə heyəti, sədr və müavinləri, rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.

R.KAMALQIZI

Digər xəbərlər