PDF Oxu

Sosial

  • 1 115

Dövlət Statistika Komitəsində geniş kollegiya iclası keçirilib

Dövlət Statistika Komitəsində geniş kollegiya iclası keçirilib

Dövlət Statistika Komitəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası, Dövlət Statistika Komitəsinin ötən ildəki fəaliyyəti və 2017-ci ildə qarşıda duran vəzifələrlə bağlı geniş kollegiya iclası keçirilib. İclasda çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, dünyada davam edən dərin siyasi, hərbi və iqtisadi böhran fonunda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının davamlılığı təmin edilib. Komitə Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılaraq təsdiq edilmiş 2016-cı il üçün statistik işlər proqramı, habelə, metodoloji və məlumat istifadəçiləri ilə iş planı, iqtisadi təhlil üzrə rüblük iş planları, "2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqrammı", "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası, "Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı" və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrammı" üzrə nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə yerinə yetirib.

2016-cı ildə statistika sistemində aparılmış struktur islahatları, hesabat intizamı, metodologiyaların hazırlanması, statistik vahidlər və istifadəçilərlə işlərin təşkili, inzibati məlumatlardan istifadə, statistika məlumatlarının toplanmasında, emalında və yayılmasında informasiya texnologiyalarının tətbiqi, məlumatların keyfiyyətinin artırılması, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası və s. istiqamətlərində statistika orqanları tərəfindən görülmüş əsas işlər barədə hesabat müzakirə edilib, yol verilmiş nöqsan və çatışmazlıqlarla bağlı Dövlət Statistika Komitəsi aparatının şöbə müdirləri və yerli statistika orqanlarının rəhbərləri çıxış ediblər.

Samir

Digər xəbərlər