PDF Oxu

Sosial

  • 883

Nəsimi rayonu 2016- cı ili yüksək nailiyyətlərlə başa vurub

Nəsimi rayonu 2016- cı ili yüksək nailiyyətlərlə başa vurub

Nəsimi rayon icra hakimiyyəti başçısı yanında şuranın geniş iclasında 2016-cı ildə rayonun sosial-iqtisadi inkişafına yekun vuruldu, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin illik iclasında və regional inkişafa dair konfransda qarşıya qoyduğu vəzifələr müzakirə olundu, yeni ilin başlıca hədəflərini əhatə edən qərar edilib.

Toplantını giriş sözü ilə açan Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, keçən il respublikamızda olduğu kimi, Bakının Nəsimi rayonunda da davamlı sosial-iqtisadi inkişaf təmin edilib, bir sıra layihələr uğurla həyata keçirilib.

A.Əsgərov çıxışında onu da vurğulayıb ki, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda əksini tapan qaz, elektirik enerjisi, istilik və su təchizatı, kanalizasiya, abadlıq və yaşıllaşdırma, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, gənclər və idman üzrə bəndlər tam icra olunub, təhsil, səhiyyə, mədəniyyətlə bağlı məsələlər qismən həll edilib. Bir sıra küçə və meydanlarda, xüsusən, mikrorayonlar ərazisində son illərdə aparılan genişmiqyaslı quruculuq-abadlıq, əsaslı təmir-yenidənqurma, asfaltlaşdırma və yaşıllaşdırma işləri ötən il də uğurla davam etdirilib. Rayon mənzil-kommunal təsərrüfatı, su-kanal, enerji təchizatı və satışı, qaz və istilik xidməti müəssisələrinin işi daim RİH-in nəzarətində olub, yaranmış çətinlik və problemlərin aradan qaldırılmasına operativ kömək göstərilib. Təhsil, səhiyyə, mədəniyyət obyektlərinin işi, qayğıları da daim diqqət mərkəzində olub, bu sahələrin fəaliyyətini yaxşılaşdırmaq üçün zəruri tədbirlər həyata keçirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev yığıncaqda çıxış edərək, yeni ildə nəsimililərə daha böyük uğurlar arzulayıb.

Müzakirələrdən sonra cari ilin konkret hədəflərini əks etdirən qərar qəbul olunub.

Yığıncaqda Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Ziyad Səmədzadə və Asim Mollazadə iştirak ediblər.

Sonda toplantı iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Həmçinin, yekun hesabatda 2016-cı il ərzində görülən işlərdən bəhs edən film nümayış olunub. Sonda ilin yubilyarlarına və idman qaliblərinə Nəsimi RİH-in xatirə hədiyyələri təqdim olunub.

Ü.ƏSGƏROV

Digər xəbərlər