PDF Oxu

Sosial

  • 1 053

YAP Yevlax rayonunda məhəlli ilk partiya təşkilatlarında hesabat-seçki yığıncağı keçirilib

YAP Yevlax rayonunda məhəlli ilk partiya təşkilatlarında hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı Telekom və Poçt məhəlli ilk partiya təşkilatlarında hesabat-seçki yığıncağı keçirilib. Telekom məhəlli ilk partiya təşkilatının sədri Şahlar Vəliyev hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edib. Poçt məhəlli ilk partiya təşkilatının sədri Adil Mehtiyev ilk təşkilatın fəaliyyəti barədə hesabat verərərək qeyd edib ki, partiya fəalları təşkilatın fəaliyyətində nizam-intizamla aparılması ilə yanaşı, təşkilat rayonun bütün ictimai-siyasi tədbirlərində yaxından və fəal iştirak edir. İclaslarda məhəlli ilk partiya təşkilatlarının fəal üzvlərindən Mübariz Əliyev,Anar Yusifli və Ülvi Quliyev çıxış edərək, Yeni Azərbaycan Partiyası məhəlli ilk partiya təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab ediblər.

Hesabat yığıncağında iştirak edən YAP Yevlax rayon təşkilatının əməkdaşı Vidadi Qarayev çıxış edərək, Yeni Azərbaycan Partiyasının yarandığı gündən xalqımıza və dövlətimizə sədaqətlə xidmət etməsindən danışıb.

Yığıncaqda məhəlli ilk partiya təşkilatının idarə heyəti, sədr və müavinləri, rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.

Rövşən

Digər xəbərlər