PDF Oxu

Sosial

  • 1 409

AMEA-da gənclərə yüksək diqqət və qayğı göstərilir

AMEA-da gənclərə yüksək diqqət və qayğı göstərilir

Dünən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov yeni təsis olunan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri ilə görüşüb.

Görüşdə institutun direktoru, akademik İradə Hüseynova Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, müstəqilliyimizin və dövlətçiliyimizin daha da möhkəmləndirilməsində gənclərin rolundan bəhs edib. O, ölkəmizdə fevralın 2-sini Gənclər Günü elan olunması tarixinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb.

Akademik rəhbərlik etdiyi müəssisənin gənc alim və mütəxəssislərinin uğurlarından danışaraq, bildirib ki, müxtəlif illərdə elm nominasiyası üzrə "Gənclər üçün Prezident Mükafatı"na AMEA-dan təqdim olunan namizədlər sırasında institutun gəncləri də olmuşdur.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov çıxış edərək, institutda yeni yaradılmış Şuranın aktiv fəaliyyəti ilə fərqləndiyini, akademiyada Gənc Alim və Mütəxəssislər Şurasının həyata keçirtdiyi layihələrdə Şura üzvlərinin yaxından iştirak etdiyini xüsusi vurğulayıb.

Daha sonra Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d. Ulduzə Qurbanova Şuranın ötən ildəki fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə institutun magistrantları Cəmilə Bayramova, Elnarə Sadıqova, Elşən Musazadə, gənc alim Gülnarə Balakişiyeva və doktorant Nərgiz Bayramova AMEA-da magistatura təhsili, doktorant və dissertantlar üçün yaradılan şəraitdən, mövcud maddi-teniki bazadan və qısa müddətdə qazandıqları uğurlardan bəhs ediblər.

Tədbirin sonunda Şura sədri institutda magistr və doktorantlar üçün yaradılan şəraitlə yaxından tanış olub.

ZÜMRÜD

Digər xəbərlər