PDF Oxu

Sosial

  • 1 755

YAP Xaçmaz rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

YAP Xaçmaz rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Dünən YAP Xaçmaz rayon təşkilatı Dədəli ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Yığıncağı ərazi ilk partiya təşkilatının sədri Abdulla Didarov açaraq, hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edib. Yığıncaqda partiya üzvlərindən Yaqubov Abdulrəhim, İbrahimov Fəqan, Quliyev Mahir, Buliyeva Rəhilə, Abuzərov Nəsib, 94 yaşlı veteran Şahbazov Mövlud çıxış edərək, ərazi ilk partiya təşkilatının hesabat dövründəki fəaliyyətinin qənaətbəxş olduğunu bildirərək, təşkilat sədrinin hesabatının nəzərə alınmasını təklif ediblər.

YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev yığıncaqda çıxış edərək, partiyanın yarandığı tarixdən hal-hazırkı dövrə qədər keçdiyi yola nəzər salaraq, Ulu Öndər Heydər Əliyevin ölkəmizin və partiyanın inkişafındakı xidmətlərindən, dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ölkəmizin inkişafındakı xüsusi xidmətlərindən, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasından və digər məsələlərdən danışıb.

Hesabat-seçki yığıncağında partiya üzvlərinin açıq səsverməsi ilə Abdulla Didarov yenidən ərazi ilk partiya təşkilatının sədri, eyni zamanda, idarə heyəti və rayon təşkilatının VIII konfransına nümayəndələr seçilib.

XXXX

YAP Xaçmaz rayon təşkilatının Çinartala ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağında ərazi ilk partiya təşkilatının sədri Elçin Ağaşirinov hesabat məruzəsi ilə çıxış edib.

Yığıncaqda Mahmud Behbudov, Anar Ağayev, Ağalar Muradov və başqaları çıxış edərək, ərazi ilk partiya təşkilatının fəaliyyətini qənaətbəxş hesab ediblər.

Tədbirdə YAP Xaçmaz rayon təşkilatının aparat rəhbəri Fazil Rəhmətov çıxış edərək ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin son illər çox böyük uğurlar qazandığını, ölkəmizin iqtisadiyyatının yüksək sürətlə inkişaf etdiyini bildirib.

Sonda Elçin Ağaşirinov yenidən Çinartala ərazi ilk partiya təşkilatının sədri, həmçinin, rayon təşkilatının VIII konfransına nümayəndələr seçilib.

A.SƏMƏDOVA

Digər xəbərlər