PDF Oxu

Sosial

  • 852

Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır!

Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır!

YAP Zərdab rayon təşkilatının VIII konfransına hazırlıqla bağlı hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının VIII konfransına hazırlıqla bağlı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları qrafik üzrə davam etdirilir. Belə növbəti tədbirlərdən biri də YAP rayon təşkilatı Pərvanlı kənd ərazi ilk partiya təşkilatında keçirilib.

Gündəlikdə duran 3 məsələnin müzakirə edildiyi yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Kəmalə Əliyeva hesabat məruzəsi ilə çıxış edib.

YAP Zərdab rayon təşkilatının şura üzvü Şahnaz Mustafayeva və yığıncaqda iştirak edən partiya fəalları ərazi ilk partiya təşkilatının ötən müddət ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Hesabat yığıncağında Zərdab rayon icra hakimiyyəti başçısının müavini, YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova partiyanın dövlətin, ölkənin həyatındakı əvəzsiz rolundan, 25 illik müstəqillik tariximizdə həyata keçirdiyi işlərdən və bu işlərin önəmindən bəhs edib.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. YAP Zərdab rayon təşkilatının Pərvanlı kənd ərazi ilk partiya təşkilatının sədr və müavini, həmçinin, YAP Zərdab rayon təşkilatının VIII konfransına nümayəndələr seçilib.

Rövşən RƏSULOV

Digər xəbərlər