DQİDK-nin Bərdə "İmamzadə" məscidi dini icması ilə görüşü keçirib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bərdə şəhər "İmamzadə" məscidi dini icması tərəfindən fevralın 7-də "Tolerantlıq ənənələrinin qorunub saxlanılması" layihəsi çərçivəsində "Multikultural cəmiyyətdə birgə yaşayışı şərtləndirən əsas amillər" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Rahib İbrahimov və Fuad Şirinov, Bərdə rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə şəhər "İmamzadə" məscidi dini icmasının sədri Ramazan Hüseynov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, dindarlar, dini icmaların nümayəndələri, təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbiri Bərdə şəhər "İmamzadə" məscidi dini icmasının sədri Ramazan Hüseynov açaraq, mövzu ilə bağlı geniş məlumat verib.
Multikultural və tolerantlıq dəyərləri haqqında, həmin dəyərlərin Azərbaycanda yüksək səviyyədə təbliğindən bəhs edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Rahib İbrahimov bu sahədə dövlətin həyata keçirdiyi əhəmiyyətli tədbirlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Bərdə RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov və başqaları mövzu ilə bağlı çıxış ediblər.
Tədbirdə Bərdə 1 saylı Uşaq İncəsənət Musiqi Məktəbi tərəfindən təqdim olunmuş rəsm nümunələrinin sərgisi təşkil olunub. Sərginin sonunda Bərdə 1 saylı Uşaq İncəsənət Musiqi Məktəbinin rəsm müəllimi Cahid Cəbizadəyə DQİDK-nın dəstəyi ilə nəşr olunmuş jurnal və kitablar hədiyyə edilib.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilib.
Rövşən NURƏDDİNOĞLU