Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına hazırlıq çərçivəsində rayon təşkilatının növbəti hesabat-seçki yığıncağı Yeni İmamqulubəyli qəsəbə ərazi ilk partiya təşkilatında keçirilib.
Yığıncağı giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Musa Abdullayev gündəlikdə duran məsələlərlə bağlı məlumat verdikdən sonra, hesabat məruzəsi ilə çıxış edib.
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının Yeni İmamqulubəyli qəsəbə ərazi ilk partiya təşkilatının fəaliyyəti yüksək qiymətləndirilmiş, sonra ilk partiya təşkilatına Musa Abdullayev yenidən sədr, müavinləri Xətai Abdullayev, Ayaz Əzimov, 7 nəfərdən ibarət idarə heyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 2 nəfər nümayəndə seçilib.
xxx
Növbəti hesabat-seçki yığıncağı Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının Yevlax ərazisi üzrə ərazi ilk partiya təşkilatında keçirilib. Yığıncaqda 3 məsələ müzakirə edilib.
Ərazi ilk partiya təşkilatının sədri Vaqif İsmayılov hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barəsində geniş məlumat verib. Yeni Azərbaycan Partiyası Ağdam rayon Yevlax ərazisi ərazi ilk partiya təşkilatının fəaliyyəti yüksək qiymətləndirilmiş, sonra ilk partiya təşkilatının yeni tərkibi seçilib. Ceyhun Bağırov ərazi ilk partiya təşkilatının sədri, müavinləri isə Tofiq Əliyev, Rafail Atayev, 7 nəfərdən ibarət idarə heyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 4 nəfər nümayəndə seçilib.
ZÜMRÜD