YAP Qəbələ rayon təşkilatının Qəbələ regional "ASAN xidmət" Mərkəzində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının yaradılması ilə bağlı iclas keçirilib.
Tədbiri YAP Qəbələ rayon təşkilatının sədr müavini, partiya aparatının rəhbəri Elçin Tağıyev açaraq, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsindəki xidmətlərindən, bu uğurlu ideyaları davam etdirən ölkə Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində, Azərbaycanın regionda lider dövlətə çevrilməsindən, rayonda gedən quruculuq və abadlıq işlərindən, Yeni Azərbaycan Partiyasının keçdiyi şanlı tarixi yoldan, uğurlu fəaliyyətindən, eləcə də dünyadakı siyasi nufuzundan danışıb.
İclasda "ASAN xidmət" mərkəzinin direktoru Əbdül Əliyev, direktor müavini Murad Kərimov, ASAN xidmətin əməkdaşlarından Zal Abbasov, Şəbnəm Nərimanlı və Tural Səmədli çıxış edərək, bu partiyanın üzvü olduqları üçün fəxr etdiklərini bildiriblər.
Sonra "ASAN xidmət" Mərkəzində Yeni Azərbaycan Partiyasının Nizamnamə və Proqramına uyğun olaraq ərazi ilk partiya təşkilatı yaradılmış, ilk təşkilat fəaliyyət göstərməsi üçün 5 nəfərdən ibarət idarə heyəti seçilib.
İclasda Qəbələ regional "ASAN xidmət" Mərkəzinin direktor müavini Murad Kərimov ilk partiya təşkilatının sədri, Vəsilə Rəfizadə isə sədrin müavini seçiliblər.
Həmçinin, Qəbələ regional "ASAN xidmət" Mərkəzinin ilk təşkilatından Əbdül Əliyev, Murad Kərimov və Şəbnəm Nərimanlı partiyanın rayon təşkilatının IX konfransına nümayəndə seçilib.
R.HÜSEYNOVA