Yeni struktur müəyyənləşdi
Azərbaycan Milli QHT Forumu Aparatının 2016-cı il fəaliyyətinin yekunlarına dair müşavirə keçirilib. Müşavirəni açıq elan edən MQF prezidenti Rauf Zeyni gündəlikdə olan məsələlər barədə məlumat verib. Daha sonra iştirakçılara MQF-un 2016-cı ilə dair fəaliyyətinin yekun hesabatının slayd təqdim olunub.
Həmçinin, müşavirədə MQF Aparatının yeni strukturu - vitse-prezidentlər, müşavirlər, mərkəz və regional mərkəz direktorlarından ibarət yeni tərkib təqdim olunub.
Eyni zamanda, Azərbaycan Milli QHT Forumu (MQF) Aparatının yeni strukturu MQF idarə heyətinin iclasında müzakirə olunub. MQF idarə heyətinin sədri Qorxmaz İbrahimli məlumat verib. Eyni zamanda, MQF-un üzvlüyünə daxil olmaq üçün təşkilatların müraciətləri müzakirə olunub və yeni təşkilatların -"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar" İB, "İqtisadi Resursların Öyrənilməsi" İB və "İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək" İB-nin MQF-a üzv olunması barədə qərar qəbul edilib.
İdarə heyətinin iclasında, digər məsələ olaraq, MQF-un vitse- prezidentlər, müşavirlər, mərkəz və regional mərkəz direktorlarından ibarət yeni strukturu MQF-un Prezidenti Rauf Zeyni tərəfindən idarə heyətinə təqdim olunub. İdarə heyətindən aparılan müzakirələrdən sonra MQF-un yeni strukturu təsdiq edilib. Müşavirdə MQF İH üzvləri yeni təsdiq olunmuş strukturun MQF-un gələcək fəaliyyətinə müsbət təsir göstərəcəyi vurğulanılıb.
Ü.ƏSGƏROV