Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir. Tərtib olunan qrafikə uyğun olaraq, dünən rayon təşkilatının Öncəqala ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə ərazi ilk partiya təşkilatının hesabat məruzəsi dinlənilib, ötən dövr ərzində ilk partiya təşkilatında görülən işlər, təşkilat üzvlərinin rayonun ictimai həyatında iştirakının artırılması, partiya sıralarına qəbul və digər məsələlər haqqında ətraflı məlumat verilib.
Yığıncaqda YAP Masallı rayon təşkilatı aparatının məsul işçiləri Cəlal Əliyev və Eldar Kazımov çıxış edərək, Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafında və dövlət müstəqilliyinin möhkəmləndirilməsində rolu barədə danışıblar.
Yığıncaqda çıxış edən Elmira Zeynalova və başqaları hesabatı qənaətbəxş qiymətləndiriblər.
Daha sonra tədbirdə ərazi ilk partiya təşkilatının idarə heyətinin üzvləri, sədri, sədr müavinləri və YAP Masallı rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.
Ü.ƏSGƏROV