Dünən Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının VIII konfransına hazırlıqla bağlı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları qrafik üzrə davam etdirilir. Nvbəti tədbir YAP rayon təşkilatı Bıçaqçı kənd ərazi ilk partiya təşkilatında keçirilib.
Bıçaqçı kənd ərazi ilk partiya təşkilatının sədri Azər Məlikov hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edib.
Hesabat-seçki yığıncağında şura üzü Qafur Məmmədov, Bıçaqçı kənd ərazi ilk partiya təşkilatının fəal üzvlərindən Əlif Qurbanov, Eyvaz Rəsulov, Ruhulla Yusifov, İradə Əmrahova, Alıhüseyn Əliyev və digərləri çıxış edərək, kənd ərazi ilk partiya təşkilatının hesabat dövründəki fəaliyyətinin qənaətbəxş olduğunu bildirərək, təşkilat sədrinin hesabatının nəzərə alınmasını təklif etdilər.
Hesabat yığıncağında rayon icra hakimiyyəti başçısının müavini, YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova çıxış edərək, partiyanın yarandığı tarixdən hal-hazırkı dövrə qədər keçdiyi yola nəzər salaraq, Ulu Öndər Heydər Əliyevin ölkəmizin və partiyanın inkişafındakı xidmətlərindən, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Prezident İlham Əliyevin ölkəmizin inkişafındakı xüsusi xidmətlərindən, beynəlxalq nüfuzunun gündən-günə artmasından və digər məsələlərdən danışıb.
Hesabat-seçki yığıncağında partiya üzvlərinin açıq səsverməsi ilə Azər Məlikov yenidən ərazi ilk partiya təşkilatının sədri, Alıhüseyn Əliyev isə sədr müavini, həmçinin, 5 nəfərdən ibarət idarə heyəti və rayon təşkilatının VIII konfransına nümayəndələr seçilib.
R.NURƏDDİNOĞLU