YAP Yevlax rayon təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir
YAP Yevlax rayon təşkilatı Maliyyə məhəlli ilk partiya təşkilatlarında hesabat-seçki yığıncağı keçirilib. Maliyyə məhəlli ilk partiya təşkilatının sədr müavini İbrahim Rəsulov hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edib. İlk təşkilatın fəaliyyəti barədə hesabat verərək, bildirdi ki, partiya - uçot ilərinin intizamla aparılması ilə yanaşı, təşkilatımız rayonun bütün ictimai-siyasi tədbirlərində yaxından və fəal iştirak edir. Cari hesabat dövründə də işlərimizi davam etdirəcəyik. İclasda Maliyyə İdarəsinin rəisi Rza Əliyev məhəlli ilk partiya təşkilatinin fəal üzvləri adından çıxış edərək, bildirdi ki, bizim amalımız birdir, yolumuz Ulu Öndər Heydər Əliyev yoludur. Biz xoşəbəxt gələcəyimizi yalnız bu yolda görürük. Ona görə də, həm xidməti işimizdə, həm də siyasi fəaliyyətimizdə Prezidentimizin ətrafında sıx birləşərək, yalnız uğurla addımlamağı qarşımıza məqsəd qoymuşuq.
Hesabat yığıncağında iştirak edən YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev çıxış edərək, Yeni Azərbaycan Partiyasının yarandığı gündən xalqımıza və dövlətimizə sədaqətlə xidmət etməsindən, partiyanın bu gün Ulu Öndər Heydər Əliyev ideyalarına arxalanaraq, ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin yeritdiyi daxili və xarici siyasətin dönmədən və ardıcıllıqla həyata keçirilməsində YAP üzvlərinin səfərbər olunmasından danışdı. Yeni seçilən tərkibə uğurlar arzuladı. Maliyyə məhəlli ilk partiya təşkilatına Rza Əliyev yeni sədr, rayon təşkilatının IX konfransına nümayəndələr seçildi.
Rəfiqə