Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransının keçirilməsi ilə bağlı hazırlıq çərçivəsində təşkilatın Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 3123 ünvanlı (283 saylı tam orta məktəb) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
İclası giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Məleykə Allahverənova gündəlikdə duran məsələlər barədə məlumat verərək, ərazi ilk partiya təşkilatında hesabat dövrü ərzində görülən işlərin hesabatını diqqətə çatdırıb.
İclasda çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri Rəhilə Heydərli, Saday Qasımov sədrin hesabat çıxışına münasibət bildirərək, hesabatı qənaətbəxş hesab edib və öz təkliflərini irəli sürüblər.
İclasda gündəliyə çıxarılan məsələlər ətrafında geniş müzakirələr başlanıb və qərar qəbul edilib. Ərazi ilk partiya təşkilatının 7 nəfərdən ibarət idarə heyəti, Tünzalə Zeynalova sədr, Məleykə Allahverənova sədr müavini və YAP Binəqədi rayon təşkilatının IX konfransına 2 nəfər nümayəndə seçilib.
İclasda çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov məktəbin fəaliyyətindən danışaraq, kollektiv seçki proseslərində, o cümlədən, ötən il keçirilən referendumda fəallıq nümayiş etdirdiyini bildirib.
ZÜMRÜD