PDF Oxu

Sosial

  • 941

Sona Vəliyevanın kitabının Tatarıstanda təqdimatı keçiriləcək

Sona Vəliyevanın kitabının Tatarıstanda təqdimatı keçiriləcək

Filologiya elmləri namizədi, jurnalist-alim Sona Vəliyevanın "Arazbarı" şerlər kitabının Tatarıstan Respublikasında təqdimat mərasimi keçiriləcək. "SƏS"in xəbərinə görə, təqdimat mərasimi Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyi və Tatarıstan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutacaq. Fevralın 13-də keçirilməsi nəzərdə tutulan təqdimat mərasimi paytaxt Kazan şəhərində reallaşacaq. Təqdimat mərasimi zamanı iştirakçılara Sona Vəliyevanın elmi və yaradıcılıq fəaliyyəti, müəllifi olduğu digər kitablar barədə də məlumat veriləcək.

Digər xəbərlər