PDF Oxu

Sosial

  • 1 013

Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi başa çatıb

Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi başa çatıb

6-9 fevral 2017-cı il tarixində Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin II mərhələsi keçirilib. Qiymətləndirməni həyata keçirən beynəlxalq ekspertlər bu mərhələdə Azərbaycanda kənd təsərrüfatı, sənaye, qiymət, əmək, səhiyyə, həyat keyfiyyəti statistikasının beynəlxalq standartlara uyğunluğu vəziyyətini qiymətləndirməklə yanaşı, Dayanıqlı İnkişaf Məqsədlərinə dair məlumatların əldə edilməsi istiqamətində görülmüş işlərlə tanış olublar, rəsmi statistika məlumatlarının digər istehsalçılarının və biznes cəmiyyətinin nümayəndələri, Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının üzvləri ilə görüşüblər.

Fevralın 9-da Dövlət Statistika Komitəsində Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin yekunları ilə bağlı görüş keçirilib. Görüşdə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən islahatlardan danışıb, rəsmi statistikanın təkmilləşdirilməsi məqsədilə son dövrlərdə görülmüş işlər haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanlarının icrası olaraq, Dayanıqlı İnkişaf Məqsədlərinə dair, eləcə də, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qarşıya qoyulmuş hədəflərlə bağlı statistik məlumatların işlənilməsi üçün Dövlət Statistika Komitəsi tərəfindən bütün zəruri tədbirlər görülür.

Avropa Statistika Bürosunun Statistik Əməkdaşlıq Bölməsinin rəhbəri Klaudiya Yunker və Qlobal qiymətləndirmə üzrə baş ekspert Gerry O'Hanlon Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin Dövlət Statistika Komitəsi tərəfindən yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıblar. Görüşdə qarşlıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Samir Feyruzov

Digər xəbərlər