PDF Oxu

Sosial

  • 736

YAP Binəqədi rayon təşkilatının hesabat-seçki yığıncaqları davam edir

YAP Binəqədi rayon təşkilatının hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransına hazırlıq işləri çərçivəsində Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 9 ünvanlı (298 saylı körpələr evi-uşaq bağçası) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

İclası giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri İradə Əhmədova gündəlikdə duran məsələlər barədə məlumat verdikdən sonra, geniş hesabat məruzəsi ilə çıxış edib.

İclasda çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri Vəfa Səlimova, Süsən Məmmədova və Asya Hüseynova hesabat məruzəsinin qənaətbəxş hesab ediblər.

Hesabat məruzəsi səsə qoyularaq qəbul edildikdən sonra, ərazi ilk partiya təşkilatının 5 nəfərdən ibarət idarə heyəti, İradə Əhmədova sədri, Vəfa Səlimova sədr müavini və rayon təşkilatının IX konfransına isə 1 nəfər nümayəndə seçilib.

Yığıncaqda, həmçinin, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun tövsiyəsi və partiya üzvlərinin xahişi nəzərə alınaraq, ərazi ilk partiya təşkilatının gənclər birliyi və qadınlar şurası yaradılıb. Partiya üzvlərinin yekdil qərarı ilə Rəhilə Əlipənahova gənslər birliyinin, Asya Hüseynova qadınlar şurasının sədri seçilib.

Yığıncağın sonunda partiya sıralarına üzv qəbul edilən şəxslərə partiya üzvlük vəsiqələri təqdim edilib.

ZÜMRÜD

Digər xəbərlər