Aygül Rüstəmova: "Prezidentin Cocuq Mərcanlının bərpası ilə bağlı imzaladığı Sərəncam Qarabağa tarixi qayıdışın başlanğıcıdır"
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncam Qarabağa tarixi qayıdışın başlanğıcıdır. Birmənalı şəkildə demək olar ki, Prezidentinin Sərəncamı həm də, tarixi və siyasi əhəmiyyətə malikdir". Bunu "Səs" qəzetinə açıqlamasında tələbə-gənc Aygül Rüstəmova bildirib. Onun sözlərinə görə, Azərbaycan gəncliyi Prezidentin bu Sərəncamını yüksək qiymətləndirir və dəstəkləyir: "Bu Səsrəncam gənclər arasında böyük ruh yüksəkliyi yaradıb. Hər bir gənc doğma Vətənimizin bir parçası olan Cocuq Mərcanlıya dəstək olmaq, imkanları daxilində yardım etmək üçün fəallıq göstərir. Bununla da bir daha Vətənə, torpağa bağlılığını nümayiş etdirir, Prezident İlham Əliyevin xalqa, dövlətə gərəkli fəaliyyətini dəstəklədiyini göstərir".
A.Rüstəmova bildirib ki, Cocuq Mərcanlı kəndinə qayıdışda gənclər coxluq təşkil edəcəklər: "Kəndə qayıdacaq gənclər əkin- biçin işlərində yaxında iştirak etməklə yanaşı, kəndin əsaslı şəkildə qurulmasında, içtimai proseslərdə fəallıq nümayiş etdirəcəklər. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışı zamanı kənd sakinlərinin kəndə qayıtmaq istəklərindən razılılığını bildirmişdir: "Biz kənd sakinlərini işğaldan azad edilmiş kəndə qaytarırıq. Mən çox şadam ki, Cocuq Mərcanlı kəndinin sakinləri buna çox böyük həvəslə, maraqla yanaşırlar. Əminəm ki, onlar indi səbirsizliklə o günü gözləyirlər. Əminəm ki, qısa müddət ərzində, Cocuq Mərcanlı kəndini yenidən quracağıq".
Tələbə-gənc son olaraq bildirib ki, gənclər Sərəncamın icrasına səfərbər olunub, hər kəs bu və digər formda Cocuq Mərcanlının yenidən bərpasına öz töhfəsini verməyə çalışır.