PDF Oxu

Sosial

  • 1 005

Fransa həmsədrlikdən uzaqlaşdırılmalıdır

Fransa həmsədrlikdən uzaqlaşdırılmalıdır

Fransa prezidenti Fransua Ollandın Fransadakı ermənilərin Əlaqələndirmə Şurasının üzvləri ilə görüşdə ermənilərin öz müqəddəratını təyin etmək hüququnun olması ilə bağlı dediyi fikirlər obyektivlikdən uzaqdır. Bu, bir daha Qərb dövlətlərinin münaqişənin həllinə ikili standartlarla yanaşmalarnın nümunəsidir. F.Ollandan əvvəlki Fransa prezidenti Ermənistanı "Fransanın bacısı" adlandırmışdır. Yəni Fransa prezidentlərinin avantürüst addımları açıq şəkildə özünü göstərir. Dövlət rəhbərlərinin Dağlıq Qarabağla bağlı bu cür pozucu bir mövqe ortaya qoymaları Dağlıq Qarabağ münaqişənin həllində Fransanın ədalətli mövqe tutacağının inandırıcı olmadığını göstərir.

Politoloq Rüstəm Məmmədov:

- Fransa prezidenti F.Olland erməni lobbisi ilə görüşündə Dağlıq Qarabağla bağlı erməni marağına xidmət edən mövqe ortaya qoyması heç də yaxşı bir hal deyil. Düzdür, hər zaman Fransa işğalçı ölkə olan Ermənistanın maraqlarından çıxış edir. Amma daha bu qədər də olmaz. Ən azından, ona görə ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir və onun ixtiyarı yoxdur ki işğalçı ölkəni müdafiə etsin. Yəni Fransa dövləti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmalıdır. Lakin təəssüflər olsun ki, bu gün Fransa prezidenti işğalçı ölkəyə dəstək olur və onu müdafiə edir. Ümumiyyətlə, bu gün ATƏT-in Minsk Qrupu öz ömrünü çoxdan başa vurub. Amma gec-tez Azərbaycan dövləti işğal altında olan torpaqlarını azad edəcəkdir. Buna Azərbaycanın həm gücü, həm də qüdrəti çatar.

Politoloq Elşən Manafov:

- Bu illər ərzində Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmaması ATƏT-in Minsk Qrupunda təmsil olunmuş həmsədrlərin bu problemə münasibətdə beynəlxalq hüquqa sayğısızlığı və daha çox qarşıduran dövlətə münasibətdə ikili standartlardan irəli gəlir. Təəssüflər olsun ki, Minsk Qrupunda təmsil olunan həmsədr dövlətlər Dağlıq Qarabağ münaqişəsinə münasibətdə daha çox xiristian təssübkeşliyi mövqeyindən çıxış edirlər. Yəni zaman-zaman Fransanın bu məsələyə münasibətdə sərgilədiyi mövqe erməni maraqlarına xidmət edir. Bir sözlə, Fransada güclü erməni diasporası var və bir qayda olaraq, Fransada istər parlament, istərsə də prezident seçkilərində, seçkilərə qatılan siyasi partiyalar və namizədlər etməni diasporasının bu ölkənin senatına, prezident hakimiyyətinin özünə təsir imkanlarını hər zaman götür-qoy edirlər. Yəni, ən azı 1 milyondan yuxarı erməni əsilli fransız vətəndaşının səsinə olan ehtiyacdan irəli gəlir. Amma Fransa dövlətinin işğalçı ölkə olan Ermənistanı müdafiə etməsi heç də həmsədr olan bir ölkəyə başucalığı gətirmir.

GÜLYANƏ

Digər xəbərlər