PDF Oxu

Sosial

  • 7 427

Suraxanıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranmasının 5 illiyi qeyd edilib

image

Suraxanı rayon icra hakimiyyətinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, rayon idarəsinin birgə təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev Parkında ucalan abidəsini ziyarət etmiş, Suraxanı rayonu Heydər Əliyev Mərkəzində "Şəhidlər unudulmur" adlı sərgiyə baxıblar.

Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin Elektron-Lektoriya zalında keçirilən tədbirin əvvəlində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti haqqında qısa film nümayiş etdirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Suraxanı rayon icra hakimiyyəti başçısı İlqar Abbasov tədbir iştirakçılarını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 5-ci ildönümü münasibəti ilə təbrik edib. Rayon icra başçısı ötən 5 il ərzində Suraxanı rayon icra hakimiyyəti ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, eyni zamanda, xidmətin Suraxanı rayon idarəsi ilə işgüzar münasibətlərdən danışıb.

Rayon icra başçısı qeyd edib ki, ölkəmizin son illərdə dinamik inkişafı ordumuzun güclənməsinə səbəb olmuşdur. Əsgərlərimizin döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənmişdir. Bu gün ordumuz Prezidentin bir göstərişi ilə istənilən an ərazilərimizi azad etməyə hazırdır.

Tədbirdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarə rəisinin müavini, Səfərbərlik Hazırlığı və Səfərbərlik şöbəsinin rəisi Vüsal Həsənov, şəhid Məmməd Cavadovun həyat yoldaşı, anası Saray Quliyeva, Suraxanı rayon Veteranlar Şurasının sədri, Qarabağ müharibəsi veteranı Eldar Rüstəmov çıxış ediblər.

Tədbirin sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarə rəisinin müavini Vüsal Həsənov qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə və rayonun ictimai həyatında fəal iştirakına görə Suraxanı rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib, xidmətin Suraxanı rayon idarəsinin bir qrup əməkdaşı isə qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

ZÜMRÜD

Digər xəbərlər