PDF Oxu

Sosial

  • 882

DQİDK-nın sədr müavini Daxili Qoşunların şəxsi heyəti ilə görüşüb

DQİDK-nın sədr müavini Daxili Qoşunların şəxsi heyəti ilə görüşüb

Dünən Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun şəxsi heyəti ilə növbəti görüşü keçirilib.

Görüşdə dini radikalizm və ekstremizmin mahiyyəti, səbəbləri, təzahür formaları və ona qarşı keçirilən mübarizə tədbirləri barədə müzakirələr və fikir mübadiləsi aparılıb. Tədbirdə, xüsusilə, vurğulanıb ki, bəzi xarici dairələr öz geosiyasi və geoiqtisadi maraqları naminə dini zəmində münaqişələrin genişləndirilməsinə və islam dinini gözdən salmaq məqsədilə bu dini terrorla eyniləşdirməyə cəhdlər edirlər.

Azərbaycanda mövcud olan dövlət-din münasibətləri, multikulturalizm və tolerantlıq modelinin dünya üçün nümunə olduğu diqqətə çatdırılıb. Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə "İslam Həmrəyliyi İli"nin elan olunması radikalizmə, eləcə də, dünyada dini zəmində baş verən münaqişələrin qarşısının alınması istiqamətində atılan uzaqgörən addım kimi qiymətləndirilib.

Tədbirdə, həmçinin, respublikamızda dini sahədə sabitliyin qorunub-saxlanılmasında və möhkəmləndirilməsində hər bir vətəndaşın çalışmalı olduğu diqqətə çatdırlıb.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər