PDF Oxu

Sosial

  • 967

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ucarda vətəndaşları qəbul edəcək

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ucarda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 24-də Ucar şəhərində Göyçay və Ucar rayonlarının sakinlərini qəbul edəcək.

Qəbul Ucar şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 153 ) saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

RÖVŞƏN

Digər xəbərlər