PDF Oxu

Sosial

  • 921

Serqey Culakyan Ermənistan rəhbərliyi haqqında nələr danışdı?

Serqey Culakyan Ermənistan rəhbərliyi haqqında nələr danışdı?

Hazırda Türkiyədə yaşayan erməni fəal Serqey Culakyan Ermənistanda və Azərbaycanın işğal edilmiş torpaqlarındakı ağır vəziyyət haqda danışıb. S.Culakyan bildirib ki, 2008-ci ildən başlayaraq, Sarkisyan hakimiyyətin özbaşınalığına qarşı çıxıb və Yerevanda müxalifətin mitinqlərində iştirak edib: "Ermənistanda vəziyyət, sadəcə dözülməz oldu və nəticədə, mən ölkəni tərk etmək məcburiyyətində qaldım. Mən Almaniyada idim, indi Türkiyədəyəm. Bura mənim üçün daha təhlükəsiz və daha rahatdır".

1915-ci il hadisələrindən, son illər və hazırda baş verən olaylardan danışan fəal bildirib ki, azərbaycanlılara və türklərə düşmən münasibətin formalaşması Ermənistandakı mövcud rejimə hakimiyyətin saxlanması üçün bir vasitə kimi sərfəlidir: "Müharibəyə qədər Qarabağ çiçəklənirdi, amma indi orada, hətta əhali yoxdur, 50-60 min nəfər ancaq qalıb, hər tərəf xarabalıqdır, camaat yoxsulluq içərisində yaşayır. Müharibə, "müstəqillik"-bütün bunlar heç kəsə lazım deyil. İnsanlar, sadəcə, normal yaşamaq istəyirlər əvvəllər olduğu kimi. Amma öz təhlükəsizlikləri üçün qorxduqlarından bunu açıq demirlər. Bu yalnız Qarabağa yox, həm də Ermənistana aiddir. Mən Ermənistanın silahlı qüvvələrində Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda hərbi xidmətdə olmuşam. Bütün əsgərlər evə getmək istəyirdi. Ön cəbhədə yalnız az təminatlı ailələrdən olan uşaqlar xidmət edirdilər. Əgər 3 mindən 5 min dollara qədər ödəsən, onda şəhərin yaxınlığındakı təhlükəsiz hissəyə düşə bilərsən. 8-12 min dollara qədər verənlər isə orduda xidmətdən tamamilə yayındırılırlar".

Fəal müharibə zamanı erməni generallarının davranışı haqda da danışıb: "Manvel Qriqoryan və Seyran Ohanyan üçün fərqi yox idi ki, erməni və ya Azərbaycan kəndidir. İstisnasız hamısını qarət edirdilər, ona görə də indi böyük kapital sahibi olublar...". 2016-cı ilin aprel hadisələrinə toxunan Culakyan qeyd edib ki, həlak olmuş erməni əsgərlərinin hamısı kasıb ailələrdən çıxan uşaqlar olub və həlak olanların sayı 100 nəfərdən bir az çox yox, ondan ən azı 2-3 dəfə artıq idi. Ermənistanda danışırdılar ki, aprel döyüşlərinin üç günündən sonra azərbaycanlılar 100 metr irəlilədilər. Bu, cəfəngiyatdır. Sonra 800 hektar haqqında danışmağa başladılar. Amma söhbət 2000 hektar haqda gedir. Sarkisyandan soruşmaq istəyirəm: niyə insanlar məhv olurlar?"

Samir

Digər xəbərlər