PDF Oxu

Sosial

  • 997

YAP Binəqədi rayon təşkilatının hesabat-seçki yığıncaqları davam edir

YAP Binəqədi rayon təşkilatının hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransına hazırlıq işləri çərçivəsində Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi ünvanlı (313 saylı tam orta məktəb) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

İclası giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Murad Ağayev ərazi ilk partiya təşkilatı tərəfindən hesabat dövrü ərzində görülən işlərin hesabatını diqqətə çatdırıb.

İclasda çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri Təzəgül Orucova, Sahilə Hacıyeva sədrin hesabat çıxışına münasibət bildirərək, hesabatı qənaətbəxş hesab edib və öz təkliflərini irəli sürüblər.

İclasda ərazi ilk partiya təşkilatının 7 nəfərdən ibarət idarə heyəti, Murad Ağayev yenidən sədr, Mehriban Əliyeva sədr müavini və YAP Binəqədi rayon təşkilatının IX konfransına isə 1 nəfər nümayəndə seçilib.

İclasda çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, 313 saylı tam orta məktəbin istər ictimai sahədə, istərə də təhsil sahəsində göstəricilərinin qənaətbəxşdir.

ZÜMRÜD

Digər xəbərlər