Dünən Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının IX konfransına hazırlıq məqsədilə ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi davam edir. YAP Yevlax rayon təşkilatı Reistr xidməti ərazi ilk partiya təşkilatında keçirilən hesabat-seçki yığıncağında sədr Emil Qarayev hesabat məruzəsi ilə çıxış edib.
İclasda ərazi ilk partiya təşkilatının üzvlərindən Ruslan Abdurrəmanov, Tofiq Abbasov və başqaları Yeni Azərbaycan Partiyasının inkişaf edən, artan nüfuzundan geniş söz açıblar.
YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev çıxışı zamanı bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın mənafeyinin ifadəçisi kimi tanınır və bu gün partiyanın sıralarında gənclər böyük üstünlük təşkil edirlər.
Sonda ilk partiya təşkilatın yeni sədri, sədr müavini və YAP Yevlax rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.
R.NURƏDDİNOĞLU