PDF Oxu

Sosial

  • 990

Kölndə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz mitinqi keçirilib

Kölndə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz mitinqi keçirilib

Almaniyanın Köln şəhərində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz mitinqi keçirilib. Mitinq Avropa Azərbaycanlıları Konqresinin təşəbbüsü, Biefeld Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Köln Azərbaycan Türk Kültür Dərnəyinin dəstəyi ilə baş tutub. Aksiyada Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, habelə, türk icmasınını təmsilçilərindən ibarət 250 nəfərdən çox fəal iştirak edib.

Mitinqdə çıxış edənlər Ermənistanın 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarının işğal altında saxladığını, bir milyondan çox soydaşımızın məcburi köçkünə çevrildiyini, on minlərələ azərbaycanlının Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyini vurğulayıblar.

Çıxış edənlər, eyni zamanda, vurğulayıblar ki, bu gün Azərbaycan 90-cı illərdə olduğundan tamamilə fərqli bir dövlətdir - güclü iqtisadiyyatı, qüdrətli ordusu var və hər an öz torpaqlarının işalçılardan azad etməyə hazırdır. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində, Azərbaycan dövləti öz siyasi, hərbi və iqtisadi qüdrətini daha da möhkəmləndirir və dünyada regionun lider dövləti kimi qəbul olunur. Mitinq iştirakçıları Azərbaycan Prezidentinin siyasətini, birmənalı şəkildə dəstəklədiklərini xüsusi olaraq vurğulayıblar.

Aksiyanın sonunda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı mitinq iştirakçılarının bəyanatı oxunub. Mitinq zamanı Xocalı soyqırımı haqda məlumatların əks olunduğu bukletlər yerli sakinlərə paylanılıb.

NƏZAKƏT

Digər xəbərlər