Suraxanı rayonunda 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələr haqqında hesabat yığıncağı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev Parkında ucaldılan abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuş, sonra isə parkda həmişəyaşıl ağaclar əkiblər. Bununla da, rayonda ağacəkmə kampaniyasına start verilib və ilk olaraq, Əmircan qəsəbəsində Balandin küçəsində 500 ağac əkilib.
Hesabat yığıncağının iştirakçıları rayon icra hakimiyyətinin Rəsm Qalereyasında ötən ilin iqtisadi göstəricilərini əks etdirən stendlərə baxmış, rayonun sənaye müəssisələrinin istehsal etdiyi məhsullarla tanış olmuşlar. Yığıncağında rayonda aparılmış abadlıq-quruculuq işləri haqqında film nümayiş olunub, rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov hesabat məruzəsi ilə çıxış edib.
Son illərdə dövlət başçısı tərəfindən ardıcıl və sistemli şəkildə aparılan məqsədyönlü və düşünülmüş islahatlar, atılan bütün addımlar, ölkəmizin bütün regionlarında, o cümlədən, Suraxanı rayonunda da hər bir sahədə böyük uğurların əldə olunmasına, iqtisadiyyatın dinamik surətdə inkişafına, insanların rifahının günü-gündən yaxşılaşmasına, sabitliyin möhkəmlənməsinə, yoxsulluğun azaldılmasına və işsizliyin aradan qaldırılmasına xidmət edib".
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyəsi əsasında 15 fevral-15 may tarixlərdə 172,8 min nəfər rayon sakini və 139 kollektiv, yəni nəzərdə tutulanların 86,2%-i pulsuz tibbi müayinədən keçmiş, müayinə zamanı müxtəlif xəstəliklər aşkarlanmış vətəndaşlar müalicəyə cəlb edilmişlər. Artıq bu il də fevralın 15-dən bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığının icrasına başlanılıb.
Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 2016-cı il ərzində rayonun aidiyyəti idarələri tərəfindən 2213 ailəyə ünvanlı sosial yardım, 2653 ailəyə sosial müavinət təyin edilmiş, rayon Məşğulluq Mərkəzi 1078 nəfəri işlə təmin etmişdir.
Məruzə ərtafında çıxışlarda müəssisə və xidmət sahələrinin rəhbərləri, rayon sakinləri iştirak ediblər.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış edib.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olunub.
Hesabat yığıncağında Milli Məslisin deputatları Ağacan Abıyev və Sevinc Fətəliyeva iştirak edib.
ZÜMRÜD