PDF Oxu

Sosial

  • 1 049

Dövlət müşaviri IV Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüşüb

Dövlət müşaviri IV Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüşüb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində bu qurumun və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: islam həmrəyliyi bizə nə verir?" adlı IV Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri, Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin görüşü olub.

Dövlət müşaviri IV Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarını Bakıda və Multikulturalizm Mərkəzində görməkdən məmnunluğunu bildirib. O, qeyd edib ki, IV Beynəlxalq Multikulturalizm Qış Məktəbində Portuqaliya, İtaliya, Almaniya, Rusiya, Çexiya, Bolqarıstan, Litva, İsrail, ABŞ, Makedoniya, Yunanıstan, Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Polşa, İordaniya və Rumıniyadan gələn qonaqlar iştirak ediblər.

Kamal Abdullayev diqqətə çatdırıb ki, dövlət başçısı 2016-cı ili ölkəmizdə "Multikulturalizm ili" elan etmişdi. Bu bizim üçün çox maraqlı bir hədəf oldu və il ərzində öz xarici həmkarlarımızla multikulturalizmin müxtəlif aspektlərini dərindən analiz etdik, eyni zamanda, öyrəndik ki, bizi digər xalqlarla, ölkələrlə birləşdirən nə qədər potensial imkanlar və xətlər var.

Görüşdə tələbələr IV Beynəlxalq Multikulturalizm Qış Məktəbində əyani şəkildə tanış olduqları Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini bölüşüblər və gələcəkdə də ölkəmizə səfər etmək arzularını bildiriblər.

NƏZAKƏT

Digər xəbərlər