PDF Oxu

Sosial

  • 811

Gənc əsgərlər and içdilər

Gənc əsgərlər and içdilər

DSX-nin Göytəpə şəhərində yerləşən hərbi hissədə andiçmə mərasimi keçirilib

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin "SƏS" qəzetinə verdiyi məlumat görə Göytəpə şəhərində yerləşən hərbi hissəsdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Gənc əsgərlər təntənəli surətdə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılıb.

Tədbirdə çıxış edənlər Dahi Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığını, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğunu qeyd edərək, müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərə müvəffəqiyyətlər arzulayıblar.

Görüşdə Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsinə təsadüf edən andiçmə mərasimində dəhşətli faciəyə siyasi və hüquqi qiymət verilməsi ilə bağlı ilk təşəbbüsün Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi, xüsusi olaraq vurğulanıb. Qeyd olunub ki, soyqırımı hadisəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələr verdiyi, Azərbaycan xalqına qarşı törədilmiş bu hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymət alması məsələsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyi bildirilibdir.

Mərasimdə iştirak edən gənc əsgərlərin valideynləri yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını vurğulayıblar, öz övladlarına Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tapşırıblar.

Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.

R.HÜSEYNOVA

Digər xəbərlər