PDF Oxu

Sosial

  • 1 222

YAP Qobustan rayon təşkilatı ilk partiya təşkilatlarında konfransa hazırlıq işləri davam edir

YAP Qobustan rayon təşkilatı ilk partiya təşkilatlarında konfransa hazırlıq işləri davam edir

YAP Qobustan rayon təşkilatı Qobustan rayon Mərkəzi Xəstəxanası ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə ərazi ilk partiya təşkilatının sədri Emin Hüseyn hesabat məruzəsi ilə çıxış edərək, keçən konfransdan bu günədək görülən işlərdən danışıb.

Yığıncaqda YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev çıxış edərək, YAP-ın ölkəmizin inkişafında və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rolundan danışıb.

Hesabat-seçki yığıncağında çıxış edən partiya fəallarından Qurban Kərimov, Balamirzə Mənsimov, Anar Bayramov və digərləri ötən dövr ərzində ilk partiya təşkilatının işini qənaətbəxş qiymətləndiriblər.

Yığıncağında ərazi ilk partiya təşkilatının sədri, həmçinin, YAP Qobustan rayon təşkilatının VII konfransına ərazi ilk partiya təşkilatından 25 nəfər nümayəndə seçilib.

R.HÜSEYNOVA

Digər xəbərlər