PDF Oxu

Sosial

  • 2 897

"Xocalı Soyqırımı bəşəriyyətə qarşı cinayətdir"

"Xocalı Soyqırımı bəşəriyyətə qarşı cinayətdir"

Bu mövzuda YAP Xaçmaz rayon təşkilatı Xocalı soyqımının 25 illiyinə həsr olunmuş anım tədbir keçirib

Dünən qan yaddaşımız olan Xocalı Soyqırımının 25 illiyi ilə bağlı YAP Xaçmaz rayon təşkilatı "Xocalı Soyqırımı bəşəriyyətə qarşı cinayətdir" mövzusunda anım tədbiri keçirib. YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev çıxış edərək bildirib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi: "Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı Soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi bu gün də məlum deyil".

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini İlhamə Nəzərova çıxış edərək, vurğulayıb ki, Xocalı Soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin, davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır.

Tədbirin sonunda rayon təşkilatının nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına İdeoloji Mərkəzin direktoru Cavad Mehmanov, gənclərdən Mərvin Məmmədova, Gültac Kərimova, Nazənin Məmmədova, Murad Əlibəyov, Məlahət Əhmədova, Günel Məmmədova, Aycamal Rəcəbova, Ləman Bayramova, Fidan Rəcəbova, Kəmalə Nağıyeva, Jalə Orucəliyeva, Nəzrin Arzumanova, Xalidə Məmmədovaların ifasında "Bu soyqırımı deyilmi?", "Xocalı qan verən yaramız", "Xocalım, ay xocalım", "Dur ayağa, məmləkətim" adlı ədəbi-bədii kompazisiya göstərilib.

R.KAMALQIZI

Digər xəbərlər