PDF Oxu

Sosial

  • 1 117

Xalqın etimadını doğruldan partiya

Xalqın etimadını doğruldan partiya

YAP Xızı rayon təşkilatının yaradılmasının 24-cü ildönümü ilə bağlı tədbir keçirilib

YAP Xızı rayon təşkilatı aparatında rayon təşkilatının yaranmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev partiya üzvlərini ildönümü münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb: "Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın təsis yığıncağı keçiriləndən sonra bölgələrdə onun yerli strukturları formalaşdırılmağa başlayıb: "Müqayisəolunmaz faktdır ki, YAP-ın bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan doğan dəstəyi dayanır".

F.Haqverdiyev Yeni Azərbaycan Partiyasının ilk yaranan rayon təşkilatlarından biri olan Xızı rayon təşkilatının fəaliyyəti ilə bağlı məlumat verərək, bildirib ki, təşkilatımız 1993-cü ilin fevral ayının 26-da 21 nəfərin iştirakı ilə təsis edilib: "Hazırda rayon təşkilatının 40 ərazi ilk partiya təşkilatında 1858 nəfər üzvü var. Onların 858 nəfərin, yəni 46,2%-ni qadınlar, 874 nəfərini, yəni 47,0% -ni isə gənclər təşkil edir".

Tədbirdə digər çıxış edənlər ölkəmizin son dərəcə çətin sınaqlar qarşısında qaldığı bir vaxtda yaranan Yeni Azərbaycan Partiyasının rolundan ətraflı bəhs ediblər.

Ü.ƏSGƏROV

Digər xəbərlər