PDF Oxu

Sosial

  • 1 070

YAP Tərtər rayon təşkilatı növbəti konfransa hazırlaşır

YAP Tərtər rayon təşkilatı növbəti konfransa hazırlaşır

Dünən YAP Tərtər rayon təşkilatının IX konfransına hazırlıqla əlaqədar Mədəniyyət və Turizm İdarəsi, Tərtər İlk İxtisas-Peşə Məktəbi, Tərtər Qaz İstismarı Sahəsi ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirildi.

Mədəniyyət və Turizm İdarəsi ərazi ilk təşkilatının sədri İsmayılova Reyhan, Tərtər İlk İxtisas-Peşə Məktəbi ərazi ilk partiya təşkilatının sədri Faiq Məmmədov, Tərtər Qaz İstismarı Sahəsi ərazi ilk partiya təşkilatının sədri Bilal Musayev hesabat dövrü ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış etmişlər.

Məruzələr ətrafında Mədəniyyət və Turim İdarəsində YAP üzvlərindən Mürsəlov Gündüz, Məmmədov Telman, Qurbanova İlduzə, Tərtər İlk İxtisas-Peşə Məktəbi YAP üzvlərindən Rövşən Allahverdiyev, Ofeliya İbrahimova, Tərtər Qaz İstismarı Sahəsi ərazi ilk partiya təşkilatında YAP üzvlərindən Alışov Veysəl çıxış edərək, ərazi ilk partiya təşkilatlarının fəaliyyətinin qənaətbəxş hesab olunmasını və hesabat məruzələrinin nəzərə alınmasını təklif etmişlər. İlk təşkilatların hesabat-seçki yığıncaqlarında rayon təşkilatı şura üzvləri Abbas Cavadov, Tofiq Hüseynov və Kərrar Bayramov iştirak etmişlər.

Hesabat-seçki yığıncaqlarında hər üç ərazi ilk partiya təşkilatında sədr, müavin və idarə heyətinin üzvləri, rayon təşkilatının IX konfransına nümayəndələr seçilmişdir.

RƏFİQƏ

Digər xəbərlər