PDF Oxu

Sosial

  • 1 193

YAP Nəsimi rayon təşkilatında 26 fevral - Xocalı Soyqırımına həsr edilmiş anım tədbiri keçirilib

YAP Nəsimi rayon təşkilatında 26 fevral - Xocalı Soyqırımına həsr edilmiş anım tədbiri keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında 26 fevral - Xocalı Soyqırımına həsr edilmiş anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ölkəmizdə Xocalı Soyqırımının 25-ci ildönümü qeyd edildiyini vurğulayıb. Rayon təşkilatının sədri bildirib ki, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı da uzun illərdir ki, "Xocalıya Ədalət" kampaniyası çərçivəsində müxtəlif silsilə tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də Qanlı Xocalı Soyqırımının şahidi və Xocalı cinayətinin qurbanlarından olan "Erməni zindanında səkkiz gün" əsərinin müəllifi Dürdanə Ağayeva ilə YAP Nəsimi rayon gənclər birliyinin görüşüdür. Dürdanə Ağayeva cinayətkar erməni zülmünü səkkiz gün boyunca bütün varlığı ilə görən və yaşayan bir xanımdır.

Millət vəkili qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı Soyqırımına siyasi qiymət verildi və onun təşkilatçılarının adları dünya ictimaiyyətinə açıqlandı. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Xocalı Soyqırımının dünyaya təbliğ olunmasında əvəzsiz xidmətlərinə nəzər salan M.İbrahimqızı yürüdülən düzgün siyasət və aparılan məqsədyönlü təbliğatın sayəsində, artıq bir çox ölkələrin parlamentlərində Xocalı Soyqırımının tanındığını bildirdi:"Beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar dövlət kimi təsdiqləyiblər. Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə dünya ölkələrində həyata keçirilən "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası nəticəsində, dünyanın bir sıra parlamentləri, həmçinin, İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Pİ tərəfindən Xocalı qətliamı soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınmışdır".

Tədbirdə çıxış edən "Xocalı əsirliyində səkkiz gün" əsərinin müəllifi Dürdanə Ağayeva hadisəlrin şahidi kimi erməni qəsbkarlarını vəhşiliyini diqqətə çəkdi.

Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər