PDF Oxu

Sosial

  • 883

Prezident İlham Əliyevin qətiyyətli daxili və xarici siyasəti nəticəsində Azərbaycan regionda lider dövlətə çevrilib

Prezident İlham Əliyevin qətiyyətli daxili və xarici siyasəti nəticəsində Azərbaycan regionda lider dövlətə çevrilib

YAP Zərdab rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının VIII konfransına hazırlıqla bağlı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları qrafik üzrə davam etdirilir. Növbəti tədbirlərdən biri də YAP rayon təşkilatı Regional Meşəsalma Müəssisəsi ilk partiya təşkilatında keçirilib.

Hesabat-seçki yığıncağnda ilk partiya təşkilatının sədri hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edib.

Hesabat yığıncağında rayon İcra hakimiyyəti başçısının müavini, YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsində misilsiz xidmətlərindən danışıb.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. YAP Zərdab rayon təşkilatının Regional Meşəsalma Müəssisəsi ilk partiya təşkilatının sədri, həmçinin, YAP Zərdab rayon təşkilatının VIII konfransına nümayəndələr seçilib.

R.RƏSULOV

Digər xəbərlər