Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Bakı Gəmiqayırma Zavodu MMC ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
Tədbirdə çıxış edən Bakı Gəmiqayırma Zavodu MMC-nin ərazi ilk partiya təşkilatının sədri Rəşad Qurbanov hesabat məruzə ilə çıxış edib. Digər yığıncaq iştirakçıları - ərazi ilk partiya təşkilatının gənclər birliyinin sədri Namiq Vəliyev, Gəmiqayırma Zavodu MMC-nin direktoru İmamverdi Vəliyev çıxış edərək, hesabatı qənaətbəxş qiymətləndiriblər.
Sonra YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək, qarşıda duran vəzifələrlə bağlı fikirlərini bildirib.
Yığıncağın sonunda ərazi ilk partiya təşkilatının sədri, sədr müavinləri, idarə heyətinin üzvləri və YAP Qaradağ rayon təşkilatının XI konfransına nümayəndələr seçilib.
Rövşən RƏSULOV