PDF Oxu

Sosial

  • 966

Braziliyada "Xocalıya ədalət" çağırışı

Braziliyada "Xocalıya ədalət" çağırışı

Beynəlxalq kampaniyaya start verilib

Azərbaycanın Braziliya Federativ Respublikasınakı Səfirliyi tərəfindən, Səfirliyin binasında "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində hazırlanmış, bu soyqırımı hadisələrə həsr olunmuş fotosərgi təşkil edilib. Səfirliyin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, kampaniya çərçivəsində, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqəsinə aid müxtəlif dillərdə dərc olunmuş kitab sərgisi də təşkil olunub. Tədbirdə Braziliya ictimaiyyətinin tanınmış şəxsləri, o cümlədən, parlamentin aşağı və yuxarı palatalarının nümaynədələri, yerli diplomatik korpusunun üzvləri və müxtəlif universitlərdən müəllim və professor heyəti iştirak edib. Qonaqlara "Xocalıya ədalət" kampaniyası çərçivəsində bir sıra səfirliklərimizin dəstəyi ilə hazırlanmış videoçarx nümayiş etdirildi və portuqal dilində tərtib edilmiş bukletlər paylanılıb.

Tədbiri giriş nitqi ilə açan səfir Elxan Poluxov Xocalı faciəsi, "Xocalıya Ədalət" beynəlxalq kampaniyası və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib. O, Leyla xanım Əliyeva tərəfindən 2008-ci ildə başlanan bu kampaniyanın bütün dünyada böyük uğurla həyata keçirildiyini bildirib. Səfir xanım Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının bir çox ölkələr tərəfindən tanındığını və tanınmaqda davam etidiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra səfir dünyada hələ də ikili standartların mövcud olduğunu dilə gətirərək, Xocalı soyqırımının təşkilatçılarının məsuliyyətə cəlb edilməsinə, eyni zamanda, dünyada belə dəhşətli hadisələrin təkrar edilməsinə yol verilməməsinə çağırıb.

Rövşən RƏSULOV

Digər xəbərlər