Dünən AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib.
Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva Xocalı faciəsinin ağır nəticələrindən danışaraq, xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söyləyib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstək olaraq qəbul etdiyi bəyannamələrdən danışıb.
Tədbirdə institutun din və ictimai fikir tarixi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova, ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vilayət Cəfərov, Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə, Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisad üzrə elmlər doktoru Dünyamalı Vəliyev və başqaları çıxış edərək, Xocalı faciəsini bəşəriyyətə qarşı ən böyük ədalətsizlik adlandırıblar. Onlar insanlığa qarşı cinayət törədənlərin cəzasız qalmayacaqlarını bildiriblər.
NƏZAKƏT