PDF Oxu

Sosial

  • 1 251

V Qlobal Bakı Forumunda Rusiya iki nüfuzlu siyasətçi ilə təmsil olunacaq

V Qlobal Bakı Forumunda Rusiya iki nüfuzlu siyasətçi ilə təmsil olunacaq

Rusiya Federasiyasının sabiq dövlət katibi, baş nazirin müavini Gennadiy Burbulis və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, xarici işlər nazirinin keçmiş müavini Vyaçeslav Trubnikov V Qlobal Bakı Forumunda iştirak edəcək. Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata görə, "Xarici əlaqələrin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunmuş forumun "Baltik-Qara dəniz Təhlükəsizlik İcmasının yaradılması: Fəaliyyət Planına doğru" adlı panel iclasında Gennadiy Burbulisin çıxışı nəzərdə tutulub.

G.Burbulis SSRİ-nin və Rusiyanın dövlət xadimi, 1990-92-ci illərdə Boris Yeltsinin yaxın silahdaşı, Rusiya Sovet Federativ Sosialist Respublilasının ilk və son dövlət katibi olub, həmin dövrdə Rusiyanın siyasətinə böyük təsir göstərib.

Vyaçeslav Trubnikov isə 1992-1996-cı illərdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktorunun müavini olub, Yevgeni Primakovun ölümündən sonra 2000-ci ilə qədər bu xidmətə rəhbərlik edib.

NƏZAKƏT

Digər xəbərlər