Türkiyədə bu mövzuda Xocalı Soyqırımının 25-ci ildönümünə həsr olunmuş Beynəlxalq Konfrans keçirilib
Dünən Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı Soyqırımının 25-ci ildönümünə həsr olunmuş "Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm" adlı Beynəlxalq Konfrans öz işinə başlayıb.
Konfrans Türk Şurası və Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universiteti tərəfindən təşkil olunub.
Təhsil Nazirliyin məlumatına görə, açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin sədr müavini Ahmet Aydın, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Türk Şurasının Baş katibi Ramil Həsənov, Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin Qəyyumlar Şurasının sədri Musa Yıldız çıxış edib.
Mikayıl Cabbarov çıxışı zamanı Xocalıda ermənilər tərəfindən törədilmiş kütləvi qırğın, Azərbaycana qarşı həyata keçirilmiş cinayət və təcavüz, onun nəticələri haqqında məlumat verib, bu soyqırımının xalqımıza qarşı aparılan təcavüz, işğal və etnik təmizləmə siyasətinin aydın nümayişi olduğunu vurğulayıb.
NƏZAKƏT