PDF Oxu

Sosial

  • 1 092

Suraxanıda Xocalı faciəsinin 25-ci ildönümü geniş qeyd edilir

Suraxanıda Xocalı faciəsinin 25-ci ildönümü geniş qeyd edilir

"Xocalı Soyqırımının iyirmi beşinci ildönümü haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli, "Xocalı Soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 24 yanvar 2017-ci il tarixli Sərəncamlarının icrasını təmin etmək məqsədi ilə Suraxanı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə və müəssisələrində silsilə tədbirlər keçirilir.

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə növbəti tədbir rayonun səhiyyə işçilərinin iştirakı ilə 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında təşkil olunub.

Tədbiri giriş sözü ilə açan 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasın baş həkimi Zümrüd Abdullayeva bildirib ki, Xocalı Soyqırımı XX əsrin ən böyük faciələrindən biridir.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova qeyd edib ki, tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qışında Xocalıda üzləşdi. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.

Afət Həsənova bildirib ki, yalnız Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımı özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü.

Tədbirdə Xocalı sakini Qədim Abbasov, 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının şöbə müdiri Ədilə Abbasova çıxış edib.

Sonda tədbir iştirakçıları 114 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyaya baxıblar.

ZÜMRÜD

Digər xəbərlər